Rusların kütləvi basdırdığı 70 meyit tapıldıbackend

Rusların kütləvi basdırdığı 70 meyit tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus işğalçıları tərəfindən dağıdılmış Mariupolda daha bir məzarlıq aşkar edilib.

NOCOMMENT Unian.net-ə istinadən xəbər verir ki,bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko məlumat verib.

Onun sözlərinə görə, hazırda işğalçıların fövqəladə hallar işçiləri keçmiş Oktyabr zavodunun ərazisində Kuinci küçəsindəki dağıntıları yığışdırır. Məhz orada 70-ə yaxın ukraynalının meyiti tapılıb.

“Səbəb eynidir – işğalçıların atəşə tutmasından sonra insanlar binanın dağıntıları altında qalıblar. Ölənlərin meyitləri polietilen torbalara yığılaraq basdırılmaq üçün Starıy Krım kəndindəki kütləvi məzarlığa aparılıb. Meyitlərin identifikasiyası aparılmayıb və ölənlərin kimlikləri müəyyən edilməyib. Yerli sakinlər isə meyitlərin vəziyyətini nəzərə alaraq identifikasiyanın çox çətin olduğunu bildiriblər”, – Andryuşenko deyib.