Rusiyadan iki xüsusi təyyarə Qəzza zolağından Rusiya vətəndaşlarını təxliyə etmək üçün Qahirə hava limanındadır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a Qahirə hava limanından məlumat verilib.
“Aeroportun dayanacağında iki Rusiya İl-76 təyyarəsi var, onlar rusları Qəzzadan təxliyə etməyə hazırdırlar”, – agentliyin həmsöhbəti bildirib.
Noyabrın 5-də bu təyyarələr Qəzza əhalisi üçün Misirə humanitar yardım çatdırıb.