Rüstəm Muradov bacısı oğlunun həlak olmasını TƏSDİQLƏDİbackend

Rüstəm Muradov bacısı oğlunun həlak olmasını TƏSDİQLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Cənub Hərbi Dairəsi komandanının müavini, Qarabağdakı rus sülhməramlıların keçmiş komandiri general-leytenant Rüstəm Muradovun bacısı oğlu Ukraynada həlak olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı “Baza” teleqram kanalı yayıb.

Məlumata görə, 27 yaşlı Salman Süleymanov tağım komandiri olub və o, hərbi əməliyyat zamanı ölüb.

İddiaya görə general-leytenant Rüstəm Muradovun özü də Ukraynada aldığı yaralardan sonra hospitalda müalicə alırmış. Bildirilir ki, Salman Süleymanovun nəşi doğulduğu Dağıstana aparılıb. R. Muradov isə dəfndə iştirak etmək üçün hospitaldan icazə istəyib.

General-leytenant Rüstəm Muradov haqqin.az-la telefonla əlaqə saxlayıb və bacısı oğlunun Ukraynada ölməsi ilə bağlı məlumatı təsdiqləyib.

Eyni zamanda, Muradov Ukraynadakı döyüşlər zamanı xəsarət alması ilə bağlı xəbərləri təkzib edib.

Xatırladaq ki, Rüstəm Muradov 2022-ci ilin fevralına qədər Qarabağdakı rusiyalı sülhməramlılara komandirlik edib.