Rüstəm Muradov Cəmil Babayevlə görüşdübackend

Rüstəm Muradov Cəmil Babayevlə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov Ağdərədə tutulan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayevlə görüşüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, görüş zamanı Rüstəm Muradov Cəmil Babayevin hazırkı vəziyyəti ilə maraqlanıb. Bildirilib ki, Cəmil Babayevin xahişi ilə ona yaxınları və ailə üzvləri ilə əlaqə saxlamaq imkanı yaradılacaq.

Cəmil Babayev hazırda Xankəndidə saxlanılır. Xatırladaq ki, ermənilərin dediklərinə görə, hərbçimiz avqustun 25-də Ağdərə şəhərindəki mənzillərdən birində aşkarlanıb. Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidəki erməni separatçılar azərbaycanlı hərbçiyə “cinayət işi” açıblar.