Rüstəm Muradov erməni əsirləri İrəvana aparırbackend

Rüstəm Muradov erməni əsirləri İrəvana aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tezliklə İrəvanın Erebuni hava limanına 10 erməni əsirini daşıyan təyyarə enəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti direktorunun keçmiş müavini Boris Avaqyan deyib.

O qeyd edib ki, erməni əsirləri rusiyalı general Rüstəm Muradov gətirir:

“O, bu dəfə ən ciddi məxfilik şəraitində Bakıya gedib. Məhbusların qaytarılması barədə son dəqiqəyə qədər məlumat verilməyib”.

Qeyd edək ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti minalanmış ərazilərin xəritələri müqabilində noyabrın 16-da gedən döyüşlərdə əsir götürülən 10 erməni hərbçisinin Ermənistana təhvil verildiyi barədə məlumat yayıb.
axar.az