Rüstəm Muradov yenə Qarabağa gəlirbackend

Rüstəm Muradov yenə Qarabağa gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlıları Qarabağda yerləşdirilmələrinin ildönümü münasibətilə böyük tədbir keçirməyi planlaşdırırlar.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Rusiya Müdafiə Nazirliyi təxminən 200 medal hazırlayıb və onları Cənub Hərb Dairəsinin komandan müavini Rüstəm Muradov gətirəcək. Fərqlənən hərbçilər medallarla təltif olunacaq”, – deyə məlumatda qeyd olunub.

Məlumata görə, Muradov bu gün Ermənistana, sabah isə mükafatların verilmə mərasiminin keçiriləcəyi Qarabağa yollanacaq.