Rüstəmovun nikahdankənar oğlu daha bir müraciət yaydı – VİDEObackend

Rüstəmovun nikahdankənar oğlu daha bir müraciət yaydı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun nikahdankənar oğlu olduğunu bildirən 14 yaşlı Aqil ikinci müraciətini yayıb.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, Aqil birinci müraciətini yaydıqdan sonra Elman Rüstəmovun anasına zəng etdiyini və onu Bakıya gətirməsini tələb etdiyini bildirib.

“Elman Rüstəmov mənim psixoloji problemimin olduğunu deyir və məni psixoloji xəstəxanaya saldırmaq istəyir. Mən bildirirəm ki, tam sağlamam və heç bir psixoloji xəstəliyim yoxdur”.

Aqil ölkə rəhbərliyindən atasının zülm və təzyiqindən qorunmaq üçün kömək istəyib.

Aqilin hazırda Bakıya gətirildiyi də vurğulanır.