Moskva vilayətinin Dmitrovski rayonu administrasiyası rəhbərinin müavini, rüşvət almaqda təqsirləndirilən Aleksey İonov istintaq təcridxanasına göndərilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Onun barəsində aprelin 1-dək həbs qətimkan tədbiri seçilib.
RİA Novosti mənbəsinin məlumatına görə, İonov xüsusilə külli miqdarda rüşvət almaqda günahını qismən etiraf edib. Məmuru 15 ilə qədər həbs gözləyir.
İşdə həmçinin İonovun rəhbərlik etdiyi “Yerli idarəetmə orqanlarının fəaliyyətinin təmin edilməsi departamenti” bələdiyyə dövlət qurumunun reklam şöbəsinin müdiri Sergey Zıkov, habelə administrasiyadan hələlik adları naməlum olan şəxslər də var.
İstintaq hesab edir ki, onlar pul kompensasiyası müqabilində reklam konstruksiyalarının quraşdırılması və istismarı üzrə hərracda qalibiyyəti təmin etmək, ümumilikdə onlara əlverişli şərait yaratmaq üçün xarici reklam operatorunun əməkdaşları ilə razılığa gəliblər.