Rüşvət qalmaqalı: Maliyyə nazirinə milyon dollarla rüşvəti kim verdi?backend

Rüşvət qalmaqalı: Maliyyə nazirinə milyon dollarla rüşvəti kim verdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün erməni mətbuatında Milli Təhlükəsizlik Xidmətinin xüsusilə böyük miqdarda rüşvət verməklə törədilən cinayət barədə yaydığı məlumat yayılıb.

NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti, cinayət işində başlanmış əməliyyat-axtarış tədbirləri və həyata keçirilmiş istintaq addımları nəticəsində qanunla müəyyən edilmiş funksiyalar çərçivəsində korrupsiyanın müxtəlif təzahürlərini aradan qaldırmaq, bununla mübarizə və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə prinsipinə əməl edir. Dövlət Gəlirlər Komitəsinin bir sıra yüksək vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının istintaqı Ermənistan Respublikasının iri vergi ödəyicilərinin siyahısına daxil edilmiş konsernin baş direktorunun övladları vasitəsilə Ermənistan Respublikası Hökuməti yanında Dövlət Gəlirləri Komitəsinin sədrinə, daha sonra isə Ermənistan Respublikasının Maliyyə Naziri vəzifəsində işləyən şəxsə xüsusilə də böyük həcmdə (22 401 000 ABŞ dolları) rüşvət verdiyinə dair faktiki sübutlar əldə edilib. Rüşvətin səbəbi vergi və gömrük orqanları vasitəsi ilə kommersiya təşkilatlarının fəaliyyətinə maneə yaratmaması üçün göstərilən müddət ərzində hökumətin nümayəndəsi kimi çıxış etmək; həmin şəxsin himayədarlığı altında bu şirkətlərin təsərrüfat fəaliyyətlərini inzibati orqanların müdaxiləsindən qorumaq, dövlət orqanlarının nəzarət funksiyalarını yüngülləşdirmək və daha əlverişli inzibati aktlar tətbiq etmək olub.

2011-ci il ərzində adı çəkilən sahibkar bu böyük məbləği xaricdə qeydiyyata alınmayan təşkilatların hesablarına köçürmüş və cinayətin üstünü örtmək məqsədilə aralarında sadəcə 2 kredit müqaviləsi bağlanmışdır.

Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsində araşdırılan cinayət işi çərçivəsində təsərrüfat subyektinin rəhbərinə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilmiş və məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. İlkin istintaq davam edir, qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin tam əhatəsinin yaradılması, cinayət yolu ilə əldə edilmiş əmlakın müsadirə olunmasını təmin etmək üçün tədbirlər görülür.

Bəzi mənbələr bildiriblər ki, söhbət Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryana rüşvət verən Multi Group konserninin rəhbəri Sedrak Arustamyandan gedir. Konsern isə “Çiçəklənən Ermənistan Partiyası”nın sədri, millət vəkili Qaqik Tsarukyanın ailəsinə məxsusdur.