Rüşvətləri yığdığı deyilən başçının xanım müavini danışdıbackend

Rüşvətləri yığdığı deyilən başçının xanım müavini danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa rayonunun icra başçısının müavini Lalə Eyyubova həbs edilən sabiq başçı Nizamməddin Quliyevin məhkəmə prosesində ona qarşı irəli sürülən ittihamlara cavab verib.

NOCOMMENT xəbər verir ki, axar.az-a açıqlama verən Lalə Eyyubova bildirib ki, məhkəmədə şahidlərin rüşvəti bilavasitə ona verməsi barədə səsləndirdiyi iddiaları qəbul etmir: “Mənim məlumatım olmayan məsələ ilə bağlı heç nə deyə bilmərəm. Şahidlərin rüşvəti mənə verməsi, məhkəmə prosesində dindiriləcəyim barədə səsləndirilən iddiaları təkzib edirəm”.

Qeyd edək ki, Ağstafa rayonunun sabiq başçı Nizamməddin Quliyevin vəkili Kamandar Nəsibov açıqlamasında məhkəmədə şahidlərin əksəriyyətinin rüşvəti bilavasitə icra başçısının müavini Lalə Eyyubovaya verdiyini deyib.