NATO-nun yeni baş katibi Mark Rutte Çini Ukrayna münaqişəsində Rusiyaya hərbi dəstəyə görə tənqid edib.
NOCOMMENT.az xəbər verir ki, bunu Rutte bu gün NATO-nun baş katibi kimi ilk mətbuat konfransında deyib.
“Çin maraqlarına və reputasiyasına xələl gətirmədən İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük münaqişəni alovlandırmaqda davam edə bilməz”, – deyə o vurğulayıb.