Rutte: NATO ölkələri Rusiya ilə bağlı sadəlövh olmamalıdırbackend

Rutte: NATO ölkələri Rusiya ilə bağlı sadəlövh olmamalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Mark Rutte Haaqa şəhərində keçirilən Şimali Atlantika Alyansının sammitinin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı alyans ölkələrini Rusiya ilə bağlı sadəlövh olmamağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bBu barədə RBK məlumat yayıb.

“Gəlin, Rusiya ilə bağlı sadəlövh olmayaq… Açıq mənbələrdən və Avropadakı yüksək rütbəli hərbi liderlərdən əldə olunan məlumatlara əsasən, onlar silahlı qüvvələrini elə sürətlə artırırlar ki, üç, beş və ya yeddi il ərzində hücuma hazır ola bilərlər”, – deyə o bildirib.

Ruttenin sözlərinə görə, NATO ölkələri Rusiyadan gələn təhdidə qarşı özlərini müdafiə etmək imkanına malik olmalıdırlar. Məhz bu səbəbdən sammitdə müdafiə xərclərinin artırılması barədə qərar qəbul olunub.