Rusiyanın silah-sursat istehsalındakı uğurları NATO-nu heyrətə gətirir, çünki Şimali Atlantika Alyansı bu sahədə xeyli geridədir.
NOCOMMENT.az xəbər verir ki, bunu hərbi blokun baş katibi Mark Rutte deyib.
“Rusiyadakı dəyişikliklər heyrətamizdir. Münaqişədə o, üç ayda iqtisadiyyatı 25 dəfə böyük olan NATO-nun bir ildə istehsal etdiyi qədər əsas sursat istehsal edir”, – alyansın baş katibi deyib.
Rutte yaxın gələcəkdə silah-sursat istehsalını artırmağa çağırıb və əlavə edib ki, bir neçə ildən sonra NATO bir növ “təhlükə”qarşısında qalacaq.
NATO Baş Katibi həmçinin alyans üzvlərinin müdafiə xərclərinin ÜDM-in hazırkı 2%-dən 3,5%-ə qədər artırılmasını təklif edib və infrastrukturun inkişafına ÜDM-in daha 1,5%-nin xərclənməsinin zəruriliyini qeyd edib.