Rza Zərrabın yeni həyatının detalları – Sevgilisi dəfələrlə polisə müraciət edib… – FOTObackend

Rza Zərrabın yeni həyatının detalları – Sevgilisi dəfələrlə polisə müraciət edib… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsində (OCCRP) yer alan jurnalistlər 2016-cı ildə ABŞ-da həbs edilən, 2018-ci ildə isə girov qarşılığında azadlığa buraxılan cənubi azərbaycanlı iş adamı Rza Zərrabın şəxsi həyatı ilə bağlı bəzi detalları üzə çıxarıb.

NOCOMMENT.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, OCCRP Zərrabın ABŞ-da Məşğulluq İcazəsi kartının fotoşəkilini yayıb.

Sənəddə Aaron Qoldsmis adı ilə qeydiyyatdan keçən Zərrabın əsl doğum yeri və doğum tarixi olduğu kimi saxlanılıb.

İş adamının Aaron Qoldsmis adı ilə sürücülük vəsiqəsi də aldığı və bu addan bank hesabları açmaq və atçılıq biznesini inkişaf etdirmək üçün istifadə etdiyi bildirilir. Mayami ətrafında və atçılıq idmanı dünyasında Zərrab daha çox Riçard Ferrari kimi tanınır.

Digər tərəfdən, qeydlərdə diqqət çəkən başqa bir detal isə Zərrabın səkkiz ay birlikdə yaşadığı 29 yaşlı, peşəkar at məşqçisi olan sevgilisidir. Təhlükəsizlik səbəbindən adı açıqlanmayan qadın 13 may 2021-ci il tarixində polisə verdiyi ifadələrdə Rza Zərraba görə başına bir şey gələ biləcəyindən narahat olduğunu bildirib.

Məlumata görə, 29 yaşlı təlimçi Zərrabın əsl kimliyini gördükdən sonra narahat olub:

“Daha sonra bir az araşdırma aparıb və öyrənib ki, Zərrab keçmişdə çirkli pulların yuyulması və digər ittihamlarla həbs edilib”.

29 yaşlı qadın ayrıldıqdan sonra iki dəfə polisə zəng edərək, Zərrabın onu izlədiyini bildirib. Adı açıqlanmayan qadına müraciət edən səlahiyyətlilər, onun məsələ ilə bağlı şərh verməkdən çəkindiyini deyiblər.

Bundan əlavə, Zərrabın başqa bir qadınla münasibəti onun Feysbuk hesabı sayəsində ortaya çıxıb. Belə ki, Zərrab iyul ayında Aaron Qoldsmis adına Feysbuk hesabı açanda 22 yaşlı at təlimçisi ilə münasibətdə olduğunu qeyd edib. Lakin Zərrab və sevgilisi məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

Qeyd edək ki, Rza Zərrab türkiyəli müğənni Ebru Gündeşlə evli olub. Onların Alara adlı bir qızı var.