Şǝrqi Aralıq dǝnizindǝki gǝrginlik artmaqdadır – Ərdoğan vəziyyətlə bağlı BƏYANAT verdibackend

Şǝrqi Aralıq dǝnizindǝki gǝrginlik artmaqdadır – Ərdoğan vəziyyətlə bağlı BƏYANAT verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyǝ prezidenti vǝ Әdalǝt vǝ İnkişaf Partiyasının sǝdri Rǝcǝb Tayyib Әrdoğan partiyasının mǝrkǝzi qǝrargahında Genişlǝndirilmiş Şǝhǝr Rǝhbǝrlǝrinin Toplantısında çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, Әrdoğan çıxışında bu axşam Almaniya kansleri Angele Merkel vǝ Aİ Şurasının sǝdri Çarlz Mişel ilǝ görüşǝcǝyini deyib.

“Bizim problemimiz bəzi kəslər kimi kameralar qarşısında fotoşəkil çəkmək deyil. Ölkǝmizin Şǝrqi Aralıq dǝnizindǝki haqq vǝ mənafelərini qorumaq üçün atdığı addımlar hǝm daxili, hǝm dǝ xarici siyasǝtdǝ likmuz kağızına çevrilib. Aralıq dǝnizindǝ gǝrginliyin sǝviyyǝsini artıran Türkiyǝ deyil, Türkiyǝni vǝ Şimali Kıbrıs Türk Cümhuriyyǝtini heçǝ sayan Rum-Yunan zehniyyǝtidir. Bizim heç kimin haqqında gözümüz yoxdur, ancaq heç bir ölkǝyǝ dǝ bizim haqqımızı yemǝsinǝ icazǝ vermǝrik. Soydaşlarıma, qardaşlarıma hücum edǝnlǝr bilmǝlidir ki, buna görǝ beynǝlxalq hüquq normaları çǝrçivǝsindǝ cavab verǝrlǝr.’’,-deyǝ Türkiyǝ prezidenti vurğulayıb. / TRT Azərbaycan

Qeyd edək ki, Fransa prezidenti Makron Fransa hərbi dəniz qüvvələrinə məxsus gəmilərini münaqişə bölgəsinə göndərib.