Saakaşvili həbsdən tərəfdarlarına səsləndi: Putinin sifarişi ilə hazırlanıbbackend

Saakaşvili həbsdən tərəfdarlarına səsləndi: Putinin sifarişi ilə hazırlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbsxanadan tərəfdarlarına məktubla müraciət edib.

NOCOMMENT.az həmin müraciəti təqdim edir:

“Mənim əziz tərəfdarlarım və dəyərli gürcü cəmiyyəti. Mən hər şeyi Kiyevdə qoyub Gürcüstana gələndə həbs ediləcəyimi bilirdim. Həbsim üçün toplanan bütün ittihamlar tamamilə saxtadır və şəxsən Putinin sifarişi ilə hazırlanıb. Rusiyadan başqa dünyanın heç bir ölkəsi bu həbsi tanımayacaq. Amma bütün bunlara baxmayaraq mən qayıtdım! Çünki ölkəmə və Sizin hər birinizə inanıram!

Mən Sizin hər birinizdən seçkidə iştirak etməyi xahiş edirəm. Bir səs belə itirilməsin ki, sonra biz bu qələbəni qeyd edə bilək. Mənim və bütün ölkənin azadlığı bu seçkilərdəki aktivliyinizdən və mübarizənizdən asılıdır. Həmçinin beynəlxalq dəstəkdən. Xahiş edirəm zərrə qədər şübhə etməyin. Sona qədər inanın. Qələbə bizim əlimizdədir”.

Qeyd edək ki, sabiq prezident dünən Gürcüstana qayıtdıqdan sonra həbs edilib.