Saakaşvili Rusiyaya qarşı “ikinci cəbhə”nin açılması üçün qayıdıbbackend

Saakaşvili Rusiyaya qarşı “ikinci cəbhə”nin açılması üçün qayıdıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin ölkəyə qayıtmaqda məqsədi Rusiyaya qarşı “ikinci cəbhə”nin açılması olub.

NOCOMMENT.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yerli mətbuata açıqlamasında deyib.

O, Mixeil Saakaşvilinin hakimiyyətdə olacağı təqdirdə Gürcüstanda başqa bir Mariupol nümunəsinin baş verə biləcəyini bildirib.

Baş nazir vurğulayıb ki, bəzi məlumatları ictimaiyyətə açıqlaya bilmir, lakin Mixeil Saakaşvilinin Ukraynada müharibənin başlayacağının ehtimal edildiyi noyabr-dekabr aylarından öncə Gürcüstana qayıtmaqda məqsədi “ikinci cəbhə”nin açılmasına hazırlıq işləri görmək olub.

“Ukraynada müharibə noyabr və ya dekabrda başlamalı idi. Saakaşvili məhz ikinci cəbhənin açılmasına hazırlıq məqsədi ilə gəlmişdi. Bunu ukraynalı dostlarımız da təsdiqlədilər ki, bu da mənim üçün çox təəssüf doğurur”, – İrakli Qaribaşvili qeyd edib.

Baş nazir milli maraqlarına uyğun gəlməyən heç bir addım atmayacağını əlavə edib.
APA