Saakaşvili Tiflisə bu yolla gəlib – Baş Prokurorluqbackend

Saakaşvili Tiflisə bu yolla gəlib – Baş Prokurorluq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili dövlət sərhədini sentyabrın 29-da qanunsuz keçib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, siyasətçi sərhədi keçəndən sonra iki ittiham olunan şəxs öz avtomobilində onu Sameqrelo bölgəsində bir kəndə aparıb. Daha sonra M.Saakaşvili Tiflisə yollanıb və Elquca Tsomaya adlı vətəndaşın mənzilində məskunlaşıb. O, okyabrın 1-də həmin ünvanda saxlanılıb.

Qeyd edək ki, E.Tsomaya ilə bağlı həbs qətimkan tədbiri seçilib. Yaxalanan daha iki şəxsin ata-oğul olduğu üzə çıxıb. Yerli mətbuatın yazdığına görə, həmin şəxslər Poti şəhərinin sakinləridir və limanda çalışıblar. Hər üç şəxs cinayəti gizlətməkdə ittiham olunur, onları 5 ilədək müddətə həbs gözləyir.