Saakaşvilidən müraciət: Rəhbərlik nəticələrin gizlədilməsi ilə bağlı həkimlərə göstəriş veribbackend

Saakaşvilidən müraciət: Rəhbərlik nəticələrin gizlədilməsi ilə bağlı həkimlərə göstəriş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “Bellingcat”in araşdırmaçısı, tanınmış jurnalist Xristo Qrozevdən kömək istəyib.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Saakaşvili “Facebook” hesabında müraciət edib.

“Çoxdandır sizin işinizin pərəstişkarıyam, amma heç vaxt düşünməzdim ki, bir gün sizdən kömək istəməli olacağam.
Bildiyiniz kimi, ABŞ-ın ən yaxşı laboratoriyası və Nyu-Yorkun tanınmış toksikoloqu bu ilin martında mənim həbsxanada zəhərləndiyimi müəyyən ediblər. Mən mart ayında özümü çox pis hiss etdim, yüksək hərarət, qusma, çox tərləmə, baş ağrılarım var idi və verilən COVİD testlərimin nəticələri mənfi idi. O vaxtdan bəri səhhətim düzəlməyib”.

Saakaşvili müraciətində bildirib ki, onun səhəttinin pisləşdiyini nəzərə alan həbsxana rəhbərliyi sabiq prezidenti xəstəxanaya köçürməli olub və orada həkimlər dərhal zəhərlənməsindən şübhələnsələr də, rəhbərlik həkimlərə bu nəticələrin gizlədilməsi ilə bağlı onlara göstəriş verib.

“Çox sonralar saçlarımda və dırnaqlarımda ağır metalla zəhərlənmənin izləri tapıldı.Onsuz da yazışmalarıma nəzarət olunduğu üçün sizə açıq yazıram. Zəhmət olmasa, Gürcüstanda Rusiya və Rusiyaya bağlı şübhəli hərəkətləri araşdıra bilərsinizmi? Dəqiq faktdır ki, general Beseda və Rusiyanın Federal Təhlükəsizlik Bürosunun digər rəsmiləri Gürcüstana tez-tez gəlirdilər. Zəhmət olmasa, Gürcüstan və Rusiya arasında mövcud olan kölgəli və oliqarxik sxemləri araşdıra bilərsinizmi? Əminəm ki, orada tapılacaq çox şey var və bu, mənim həyatımı xilas etmək üçün də faydalı olacaq”, Saakaşvili müraciətində deyib.