Saakaşvilidən növbəti aksiya XƏBƏRDARLIĞIbackend

Saakaşvilidən növbəti aksiya XƏBƏRDARLIĞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aclıq aksiyasından başqa, ölkədə digər formalı etiraz aksiyaları da başlayacaq”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə sabiq prezident Mixeil Saakaşvilinin sosial media hesabında paylaşılan məktubunda bildirilib.

Sabiq prezident həmçinin dünyada genişmiqyaslı aclıq aksiyaları nəticəsində baş tutan tarixi hadisələrdən də söz açıb. O, bildirib ki, vaxtilə genişmiqyaslı aclıq aksiyası nəticəsində Mahatma Qandi Hindistana müstəqillik gətirib.

Saakaşvili onun azadlığı tələbi ilə aclıq aksiyası keçirən etirazçılara səslənərək, onları daimi həkim nəzarətindən keçməyə çağırıb:

“Mübarizə yoldaşlarıma müraciət edirəm ki, mütəmadi olaraq həkim nəzarətindən keçin və mineral əlavələr qəbul edin. Sözügedən mineral əlavələr aclıq prosesini pozmur. Məhz əsir götürülmüş ukraynalı rejisor Anatoli Sençov minimal əlavələr sayəsində Rusiya həbsxanalarında 120 gün yaşaya bilmişdi.

Ümid edirəm ki, bizim bu qədər vaxta ehtiyacımız olmayacaq. Xalqın alçaldıldığı bir mühitdə digər formalı etiraz aksiyaları da başlayacaq.

Siz bu cür fədakarlığınızla göstərirsiniz ki, öz həyatınızı və sağlamlığınızı ədalətsizliyi məğlub etmək üçün təhlükə altına atırsınız. Belə bir fədakarlıqla Britaniya və Sovet imperiyaları məğlub edilmişdi. İndi bir zülmkar oliqarx necə olacaq?,” – deyə M. Saakaşvili qeyd edib..