Saakaşvilidən Rusiya-Ukrayna gərginliyinə münasibətbackend

Saakaşvilidən Rusiya-Ukrayna gərginliyinə münasibət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Rusiya-Ukrayna gərginliyinə münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, Mixail Saakaşvili hesab edir ki, yaxın həftələrdə Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi olmayacaq.

Onun fikrincə Qərbin düzgün reaksiyası ilə gələcəkdə baş verə biləcək genişmiqyaslı müharibənin qarşısını almaq mümkündür.

“Hazırda Rusiya tərəfindən Ukrayna ilə bağlı indiyə qədər baş verənlər Qərbin və Ukraynanın özünün təhlükəyə reaksiyasının kəşfiyyatıdır. Mən Putinin yaxın vaxtda genişmiqyaslı hücumunu gözləmirəm. Əgər Qərb düzgün reaksiya göstərməyə davam edərsə, biz genişmiqyaslı müharibə təhlükəsindən qaça biləcəyik”, – Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.

Keçmiş dövlət başçısı Ukrayna prezidenti Zelenskinin tamamilə haqlı olduğunu və indiki zamanda panikaya düşməyin gərəksizliyini qeyd edib. O, vurğulayıb ki, Ukrayna indi tarixdə heç vaxt olmadığı qədər beynəlxalq dəstəyə malikdir.
demokrat.az