Saakaşvilinin daha bir planı ÜZƏ ÇIXDIbackend

Saakaşvilinin daha bir planı ÜZƏ ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Eks prezident Mixeil Saakaşvili ölkədəki kasıbçılığı məğlub etmək üçün, iqtisadi plan üzərində işləyir”.

NOCOMMENT.az xəbər verir ki, belə bir açıqlamanı “Vahid Milli Hərəkat” partiyasının üzvü Eka Xerxeulidze, Rustavinin 12 saylı cəzaçəkmə müəssisəsində sabiq prezident Mixeil Saakaşvilini ziyarət etdikdən sonra edib.

O, bildirib ki, Saakaşvili daha yaxşı görünür və sabah dövlət müfəttişliyi xidmətinin əməkdaşları ilə görüşə hazırlaşır:

“Saakaşvilinin Qoridə son gördüyüm vəziyyəti ilə hazırkı vəziyyətini müzakirə etmək mümkün deyil. O, vizual olaraq hazırda daha yaxşı görünür. O, siyasi olaraq öz formasındadır. Saakaşvili hazırda ölkədəki kasıbçılığı məğlub etmək üçün, iqtisadi plan üzərində işləyir. Saakaşvili cəmiyyəti narahat edən problemlərin həll edilməsi ilə məşğuldur”, – deyə E. Xerxeulidzə əlavə edib.