Saakaşvili müraciət etdi: Heç nədən qorxmayınbackend

Saakaşvili müraciət etdi: Heç nədən qorxmayın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin həbs edilməzdən əvvəl çəkdiyi videomüraciəti yayılıb.

NOCOMMENT.az xəbər verir ki, “Facebook” hesabında paylaşılan videoda Saakaşvili Tbilisidə olduğunu və həbs edilə biləcəyini bildirib.

 “Yəqin ki, məni indi Tbilisidə həbs edəcəklər, amma demək istəyirəm ki, heç nədən qorxmayın. Sabah seçki məntəqələrinə gedin, səs verin və biz qələbəni bir yerdə qeyd edəcəyik. Mən çox güclü və dözümlüyəm. Bura sizə yardım etmək üçün gəlmişəm”, – deyə müracitədə Saakaşvili qeyd edib.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili xüsusi brifinqdə Mixeil Saakaşvilinin saxlanıldığını açıqlayıb.