Saakaşvilinin qayıtması üçün hərəkat yaradıldıbackend

Saakaşvilinin qayıtması üçün hərəkat yaradıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan parlamentinin deputatı, müxalif Qanun və Ədalət partiyasının lideri Tamar Çarkviani sabiq prezident Mixail Saakaşvilini ölkəyə qaytarmaq məqsədilə hərəkat yaradıb.

NOCOMMENT.az xəbər verir ki, Çarkviani cümə günü hərəkatın təqdimat mərasimini keçirib.

O qeyd edib ki, hərəkat keçmiş prezidentin ölkəyə sülh yolu ilə gətirilməsinə nail olmaq məqsədilə təsis edilib.

Təşkilatın Tiflisdə artıq öz ofisi var və gürcü mühacirlərin ianələri hesabına mövcud olacaq.

Saakaşvili bazar ertəsi bildirib ki, oktyabrın 2-nə təyin olunan yerli seçkilər üçün vətəninə qayıtmaq niyyətindədir. O, marşrutunu və dəqiq gəlmə tarixini daha sonra ictimaiyyətə açıqlayacağını qeyd edib.
Modern.az