Saakaşvilinin tərəfdarları sağ sahili bağladı – Videobackend

Saakaşvilinin tərəfdarları sağ sahili bağladı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin yüzlərlə tərəfdarı Tiflisdə şəhərin mərkəzində genişmiqyaslı aksiya keçirib.

NOCOMMENT.az xəbər verir ki, “Avlabari” metrostansiyasına toplaşan etirazçılar Barataşvili körpüsünə qədər yürüş edib, oradan isə sağ sahil üzrə Ortaçala doğru hərəkət edərək nəqliyyatın hərəkətini dayandırıblar. Etirazçılar “Mişa” deyə şüarlar səsləndiriblər.

Daha sonra Ortaçaldan yenidən sağ sahil boyu yürüş iştirakçıları Gürcüstan Prezidentinin Atoneli küçəsindəki iqamətgahına gediblər.

Etiraz aksiyası zamanı əraziyə polis dəstələri, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları, polisin su şırnaqları səfərbər edilib.

Keçirilən aksiyada asayişə şəxsən patrul polisinin rəisi Vaja Siradze nəzarət edib.

axar.az