Saakaşvilinin tərəfdarları türmədə yatmağa hazırlaşırbackend

Saakaşvilinin tərəfdarları türmədə yatmağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Eks-prezident Mixail Saakaşvilinin tərəfdarları hazırda Rustavi №12 türməsinin qarşısında aksiyanı davam etdirirlər.

NOCOMMENT.az xəbər verir ki, Saakaşvilinin azadlığını tələb edən aksiya iştirakçılarından bəziləri gecəni türmədə keçirməyə qərar veriblər.

“Bizim etirazdan başqa heç nəyimiz qalmayıb. Hazırda arsenalımızda olan bu yeganə silahla Gürcü Arzusuna qalib gəlməliyik”, – Vahid Milli Hərəkat Partiyasından olan fəal Georgi Kapanadze deyib.

Qeyd edək ki, VMHP regionlarda və Rustavi türməsinin qarşısında ardıcıl aksiyalara start verib.

Saakaşvilinin azadlığa çıxması üçün aksiyaların hər gün olacağı bildirilib.
Axar.az