Saakaşvilinin yeni videosu YAYILDIbackend

Saakaşvilinin yeni videosu YAYILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın “İmedi” telekanalı ölkənin keçmiş Prezidenti Mixail Saakaşvilinin yeni videosunu yayıb.

NOCOMMENT.azxəbər verir ki, video Saakaşvilinin Gürcüstanda içərisində gəldiyi treyler avtomobildə lentə alınıb.
Telekanal videonu sabiq Prezidentin telefonundan paylaşıb. Belə ki, Saakaşvili telefonunda “ehtiyat” video çəkib saxlayıb.
Saakaşvili videoda qaçırıldığını və bunun kim tərəfindən edildiyini bildirmir.
“Bu, qaçırılmadır. Mən bilmirəm, bu, kimə və hansı ölkənin xüsusi xidmət orqanlarına sərfəlidir. Hətta məni hansı istiqamətə apardıqlarını da bilmirəm. Lakin məndə video var. Çox yaxşı gizlətdim, onlar fərqinə varmadılar, görmədilər”, – deyə Saakaşvili videoda deyir.
Telekanalın iddiasına görə, Saakaşvili Gürcüstana gələ bilməyə nail olmadıqda özünün qaçırılması barədə şayiələr yaymağı planlaşdırıb.
Mixail Saakaşvili öz növbəsində barəsində yayılan videoya münasibət bildirib: “Müxtəlif ekzotik yerlərdən təbəssüm etdiyim videoları yaymaqdansa, gürcü xalqı və beynəlxalq ictimaiyyət məndən hər şey barədə həqiqəti eşitsinlər deyə hökumətə məsləhət görürəm və qəti şəkildə tələb edirəm ki, məni məhkəməyə aparsınlar”
Sfera.az