Saakaşviliyə həbsxanada qan köçürüldübackend

Saakaşviliyə həbsxanada qan köçürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin qan analizinin nəticələri pis çıxdığına görə ona qan köçürülüb.

NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun şəxsi həkimi Nikoloz Kipşidze bildirib.
Saakaşvili artıq 21 gündür aclıq aksiyası keçirir. O, saxlanıldığı gün – oktyabrın 1-də – aclıq elan edib.

“Köçürmə yaxşı keçdi. Bizə həbsxana həkimləri və təcili yardım briqdası kömək etdilər. Hələ hər şey yaxşıdır. Bu prosedur çöl şəraitində aparılıb, həbsxanadakı tibb otağı bunun üçün nəzərdə tutulmayıb və Saakaşvili klinikada müalicə olunmalıdır”, – Kipşidze deyib.

Eyni zamanda, o qeyd edib ki, eks-prezident həbsxana klinikasında müalicə olunmaqdan imtina edir və o, bir həkim kimi, bunu məsləhət görmür.

Bununla yanaşı, həkim qeyd edib ki, hazırda Saakaşvilinin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, Saakaşvilinin vəkilləri də onun həbsxana xəstəxanasına yerləşdirilməsinə qarşıdır. Onlar hesab edir ki, bu halda digər məhbuslar eks-prezidenti öldürə bilər.

Ədliyyə Nazirliyində isə bunu istisna edir, bütün təhlükəsizlik tədbirlərini görəcəklərinə söz verirlər.