Saakyanın mühafizəçisi Xankəndidə özünü öldürdübackend

Saakyanın mühafizəçisi Xankəndidə özünü öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş və qondarma DQR-in keçmiş prezidenti Bako Saakyanın mühafizəçisi olmuş Artur Apresyanın meyiti tapılıb.

NOCOMMENT axar.az-a xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, 22 yanvar tarixində, saat 00:05-də Xankəndidəki Baqramyan küçəsində yerləşən parkinqdə “Hyundai” markalı maşının sürücüsünün oturacağında 1985-ci il təvəllüdlü Artur Apresyanın meyiti tapılıb. Onun başından güllə yarası aldığı, sağ əlində isə tapança olduğu qeyd edilib.

İlkin ehtimala görə, o intihar edib. İntiharın səbəbləri açıqlanmayıb.