“Saatlarla yollarda qalırıq” – Saray sakinləri narazıdırbackend

“Saatlarla yollarda qalırıq” – Saray sakinləri narazıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, dekabrın 9-dan Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə verilib. Avtobuslar “20 Yanvar” metrostansiyası yaxınlığından 8 dəqiqəlik intervalla yola düşür. Gediş haqqı isə 80 AZN-dir. Avtobusun dayanacaq məntəqələri “Sumqayıt Avtovağzalı”, “Bağça Şəhər” yaşayış kompleksi, Sumqayıt dairəsi, Ceyranbatan qəsəbəsi, “20 Yanvar” metrostansiyası olmaqla müəyyənləşdirilib.

Yeni ekspres avtobus marşrutunun açılması ilə əlaqdəar mikroavtobusların 20 Yanvar-Sumqayıt istiqamətində hərəkəti məhdudlaşıb. Bu da Saray sakinləri, eləcə də bu qəsəbədən keçərək Sumqayıta gedən sakinlər üçün problemlər yaradır.

NOCOMMENT.az xəbər verir ki, onlar bu barədə Bakupost.az -a açıqlamalarında bildiriblər.

Sakinlər qeyd ediblər ki, Saray əhalisi təxminən 20.000 olan böyük qəsəbədir:

“Lakin bütün Bakıətrafı qəsəbələrə şəhərdən birbaşa avtobus marşrutu olsa da, Saraya ayrıca marşrut ayrılmır. Biz yollarda qalırıq. “20 Yanvar”dan Sumqayıta açılan yeni marşrut, eləcə də mikroavtobus və taksilər “Ceyranbatan yolu” ilə gedirlər. Biz Saraya gedib-gəlmək üçün yolalrda saatlarla gözləməli, vaxt itirməli oluruq. Taksilər də baha aparır”.

Məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov Bakupost.az -a açıqlamasında bildirdi ki, Saray istiqamətinə getmək üçün sərnişinlər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşən avtobuslardan istifadə edə bilərlər:

“Vətəndaşlar avtovağzaldan Saraya gedə bilərlər. Saray qəsəbəsindən keçməklə Sumqayıta 595 nömrəli ekspress avtobusları işləyir. Saraya yeni marşrutun açılmasına gəlincə, əgər gələcəkdə bu barədə hər hansı yenilik olarsa, ictimaiyyətə açıqlama verəcəyik”.