Saatlıda yaşlı kişi Araz çayında batıbbackend

Saatlıda yaşlı kişi Araz çayında batıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Araz çayının Saatlı rayonu, Hacıqasımlı kəndi ərazisindən keçən hissəsində 1961-ci il təvəllüdlü Cahangirov Teymur Namaz oğlunun batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) NOCOMMENT-ə verilən məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.