Sabah 24 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq – PROQNOZbackend

Sabah 24 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq – PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar gününə olan hava proqnozu açıqlanıb.

NOCOMMENT.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 1-dən 2-nə keçən gecə bəzi yerlərdə az qar yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 1-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək.

Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 13-18° şaxta, yüksək dağlıq ərazilərdə gecə 19-24° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bəzi yollar buz bağlayacaq.\\Lent.az