Sabah Bakıda bu yollar bağlı olacaqbackend

Sabah Bakıda bu yollar bağlı olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, idarənin baş inspektoru polis mayoru Araz Əsgərli açıqlamasında sabah, 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacağını bildirib.

O qeyd edib ki, hərbi orkestr saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcək:

– Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami kinoteatrı – Neftçilər prospekti – Azadlıq meydanı – AMAY ticarət mərkəzi;

– Şəhidlər Xiyabanı – Alov qüllələri – İçərişəhər metrosu – Qala qapısı – Kukla teatrı – AzNeft dairəsi – Bəhram Gur heykəli;

– Hüseyn Cavid parkı – Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı;

– Zabitlər parkı – Milli Sirk – Heydər Əliyev sarayı – Səməd Vurğun küçəsi – Neftçilər prospekti;

– Nərimanov heykəli – Mərkəzi park – Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev sarayı – Milli Bank.

Tədbirin ikinci hissəsi isə həmin gün saat 19:00-dan 21:00-dək davam edəcək. Orkestrlər aşağıdakı ünvanlarda çıxışlar edəcəklər:

– Heydər Əliyev parkında (Heydər Əliyev sarayının qarşısı);

– AzNeft dairəsindəki bayraq meydanında;

– Muzey Mərkəzi (bulvar fontanının qarşısı);

– Zabitlər parkında;

– Koroğlu parkında;

– Fəvvarələr meydanında.

“Bununla əlaqədar olaraq qeyd olunan istiqamətlərdə şəxsi minik maşınlardan istifadə etmək tövsiyə olunmur. Bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün vacibdir”, – DYP rəsmisi vurğulayıb.