Sabah Bakının bu ərazilərində su olmayacaqbackend

Sabah Bakının bu ərazilərində su olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonu Rəşid Behbudov küçəsindən keçən və istismar müddətini başa vurmuş 500 mm diametrli magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar Nəsimi və Səbail rayonlarının mərkəzi hissələrinin bəzi ərazilərində (R.Behbudov, Bülbül, Z.Əliyeva, Ü.Hacıbəyov, Nizami, Füzuli, Xəqani, Vidadi, S.Rəhimov, Ş.Bədəlbəyli, D.Əliyeva, Ə.Əliyev küçələrinin bir hissəsi) bu gün axşamdan 31 avqust 2021-ci il tarixində günün birinci yarısında içməli suyun verilişində fasilələr olacaq.

NOCOMMENT.az bu barədə “Azərsu” ASC-yə istinadən məlumat yayır.