Sabah Bakının bu ərazisində su kəsiləcəkbackend

Sabah Bakının bu ərazisində su kəsiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah səhər saatlarından axşam saatlarına qədər Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində içməli suyun verilməsində fasilə yaranacaq.

NOCOMMENT.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir ki, fasiləyə səbəb qəsəbəni içməli su ilə təmin edən magistral xətdə aparılacaq təmir və bərpa işləridir.

Təmir işləri başa çatdıqdan sonra suyun verilişi əvvəlki rejimdə bərpa ediləcək.