Sabah Bakının bu qəsəbəsində elektrik enerjisi kəsiləcəkbackend

Sabah Bakının bu qəsəbəsində elektrik enerjisi kəsiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 10-da saat 10:00-dan 15:00-dək Bakının Xəzər rayonunun Şağan qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

NOCOMMENT.az Ölkə.az-a istinadən xəbər verir ki, buna səbəb Xəzər rayonunun Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Şağan qəsəbəsinin bir sıra hissəsində köhnə naqillərin yenilənməsi işləri ilə əlaqədar oktyabrın 10-da elektrik xətlərinin sifarişə əsasən açılmasıdır.

Bildirilib ki, təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.