Binəqədi rayonunun Sulutəpə və Xocəsən qəsəbələrində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə 16.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, “Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Sulutəpə, Xocəsən və Çiçək qəsəbələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.