Sabah Blinken Bağdada səfər edəcəkbackend

Sabah Blinken Bağdada səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken bazar günü, noyabrın 5-də Bağdada səfər edəcək və burada İraq hakimiyyəti ilə danışıqlar aparacaq. Bu barədə “Baghdad Today” portalı məlumat yayıb.

Qeyd olunur ki, Blinken İraqın baş naziri Məhəmməd əs-Sudani və ölkənin xarici siyasət idarəsinin rəhbəri Fuad Hüseynlə görüşəcək.

Dövlət katibi “Qəzzadakı müharibədən sonra bölgədəki vəziyyətin inkişafını” müzakirə etmək niyyətindədir.

Bundan əvvəl Blinken İordaniyanın paytaxtı Əmmanda beş ərəb dövlətinin xarici işlər nazirləri və Fələstin rəhbərliyinin nümayəndəsi ilə görüşüb.