Sabah bu şəhərdə SU OLMAYACAQ – XƏBƏRDARLIQbackend

Sabah bu şəhərdə SU OLMAYACAQ – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah saat 10:00-dan 20:00-a qədər Sumqayıt şəhərində suyun verilişində fasilələr yaranacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin “Sumqayıt Sukanal İdarəsi”ndən məlumat verilib.

Bildirilir ki, şəhəri içməli su ilə qidalandıran 85.75 səviyyəsindən gələn 450 mm diametrlik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq 48, 50, 51-ci məhəllələrdə,16,17,18, 20, 21-ci mikrorayonların və Corat qəsəbəsinin bir hissəsinə suyun verilişində fasilələr yaranacaq.