Sabah bu şəhərin qaz təchizatında fasilə yaranacaqbackend

Sabah bu şəhərin qaz təchizatında fasilə yaranacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Sumqayıt şəhərinin böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə NOCOMMENT-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Şəhər qazı-4 (Sumqayıt)” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, sentyabrın 13-də saat 09:30-dan etibarən işlər başa çatanadək qeyd olunan ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.