Sabah bu yollar buz bağlayacaq – Sürücülərə XƏBƏRDARLIQbackend

Sabah bu yollar buz bağlayacaq – Sürücülərə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 10-da avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

Gecə və səhər saatlarında isə dağlıq və dağətəyi rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı ehtimalı var.