Sabah Finlandiyada xalq seçkidə səs verəcəkbackend

Sabah Finlandiyada xalq seçkidə səs verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO üzvlüyü üçün müraciət prosesi və baş nazir Sanna Marinin populyarlığı ilə gündəmə gələn Finlandiyada xalq sabah ümumi seçkilər üçün sandıq başına gedəcək.

NOCOMMENT.az xəbər verir ki, Finlandiyada siyasi partiyalar parlamentdəki 200 yer uğrunda mübarizə aparacaq.

Ölkədə partiyaların parlamentə daxil olması üçün seçki baryeri yoxdur, lakin xəzinə yardımından yararlanmaq üçün siyasi partiya 2 faizdən çox səs toplamalıdır.

Finlandiya mətbuatında paylaşılan son sorğulara görə, Sosial Demokratların rəhbərlik etdiyi hazırkı beşpartiyalı hökumət böyük ehtimalla bir daha formalaşmayacaq.

Finlandiyada Baş nazir Marinin rəhbərlik etdiyi Sosial Demokrat Partiyası hakim sol mərkəzçi partiyadır. Partiya Avropayönlü siyasəti ilə seçilir.

NOCOMMENT.AZ