Sabah Fransanı “qara gün” gözləyirbackend

Sabah Fransanı “qara gün” gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan mübahisəli islahat əleyhinə sabah ölkə boyu kütləvi tətillər və etirazlar keçiriləcək.

NOCOMMENT xəbər verir ki, bu səbəbdən dolayı Fransanı sabah “qara gün” gözləyir.

Fransa mətbuatında yer alan xəbərə görə, ölkənin ən böyük həmkarlar ittifaqları, o cümlədən Ümumi Fəhlə Həmkarlar İttifaqı etiraz olaraq sabah ümumi tətilə qərar veriblər.

Başda nəqliyyat, enerji, səhiyyə və təhsil olmaqla, demək olar ki, bütün sektorlar tətilə qoşulacaq.

Ölkənin rəsmi dəmir yolu operatoru SNCF xəbərdarlıq edib ki, qatar xidmətlərində böyük fasilələr olacaq və gün ərzində bəzi ərazilərə daşıma tamamilə dayanacaq.

Kəşfiyyat mənbələri başda paytaxt Paris olmaqla ölkə daxilində 1,5 milyona yaxın insanın küçələrə çıxacağını təxmin edərkən, həmkarlar ittifaqları bu rəqəmin daha da çox olacağını ifadə etdi.