KoronaVirus İnformasiya Portalı
Sabah hava yağmursuz keçəcəkbackend

Sabah hava yağmursuz keçəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, sabah cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 12-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 24-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.