Sabah Masallının 4 kəndində qazın verilişi dayandırılacaqbackend

Sabah Masallının 4 kəndində qazın verilişi dayandırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Masallı rayonunun 4 kəndində qazın verilişi dayandırılacaq.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, rayonun Türkoba kəndində daşıyıcı qaz xəttində aşkar olunan yeraltı qaz sızmasını aradan qaldırmaq üçün Mahmudavar, Mololon, Şatıroba kəndlərinin və Türkoba kəndinin bir hissəi olmaqla ümumilikdə 2 000-ə yaxın abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.