Sabah ölkənin bu ərazilərində qaz kəsiləcəkbackend

Sabah ölkənin bu ərazilərində qaz kəsiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin Vüqar Quliyev, Fərman Kərimzadə, Əhməd Mehbalıyev, Zaur Şərifov, Rafiq Əlicanov və Yaşar Əliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə NOCOMMENT.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Belə ki, Vüqar Quliyev küçəsində qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi və qeyri-yaşayış sahəsinə çəkilmiş qaz xəttinin qaz təchizatına birləşdirilməsi məqsədilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bununla yanaşı, sabah Saatlı rayonunun bir hissəsinin (Saatlı şəhərinin böyük hissəsi, Novruzlu qəsəbəsi, Novruzlu, Bəylik, Mustafabəyli, Qıraqlı, Dədə Qorqud, Heydərabad, Əhmədbəyli kəndləri və 66 qeyri-yaşayış sahəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Buna səbəb “Saatlı” ölçü qovşağından qidalanan qaz kəmərinə və onun üzərində quraşdırılmış avadanlıqlara “Təmiz Qaz” QSC tərəfindən texniki baxış keçirilərkən qaz kəməri üzərində quraşdırılmış “Şəhər kollektoru”nun əlaqələndirici hissələrinin qaynaq və yivli birləşmələrində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı təmir işlərinin aparılmasıdır.

Nəticədə 10:00-dan etibarən işlər başa çatanadək adıçəkilən ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.