Sabah Putinlə görüşəcəyik – Ərdoğanbackend

Sabah Putinlə görüşəcəyik – Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Putinlə görüş keçirəcəyik

NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasından sonra jurnalistlərə açıqlamasında bildrib.

O, qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi və nüvə münaqişəsi riski ilə bağlı “Nüvə münaqişəsi fəlakətdir, bu haqda düşünmək istəmirəm” deyib.

“Mən sülh mövzüsünda ümidsiz deyiləm. Dərhal belə nəticə əldə edəcəyimizi söyləmək xəyal olardı. 4 şəhərdə keçirilən referendum hadisəsi bəla gətirir. Kaş belə bir referendum keçirilməyəydi. Amma biz bütün bunları diplomatiya yolu ilə həll edə bilərdik, onlar da edə bilərdilər. Analoji vəziyyət 2014-cü ildə Krımda baş vermişdi. O zaman uğur qazana bilmədik. Cənab Putinə “Krımda yoldaşlarımız var, atdığınız addım düzgün deyil” dedik, amma alınmadı. Cənab Zelenski də 4 regionda referendumla bağlı dəstəyimizi istəyir. Mən sabah cənab Putinlə bu məsələləri ətraflı müzakirə etməyi planlaşdırıram”-deyə Ərdoğan bildirib.