Sabah qatı duman olacaq: Yollar buz bağlayacaqbackend

Sabah qatı duman olacaq: Yollar buz bağlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 25-nə avtomobil yollarında vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən NOCOMMENT-ə bildirilib ki, yanvar ayının 25-də gecə və səhər saatlarında Bakı-Quba, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yexlax, Quba-Qusar, Göyçay-Ucar, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Ucar-Zərdab-Ağcabədi, Hacıqabul-Şirvan, Şuşa-Füzuli, Naxçıvan-Şahbuz, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

Həmçinin dağlıq rayonlarda bəzi yolların buz bağlayacağı ehtimalı var.