Sabah Suriya üzrə dördtərəfli görüş keçirilicək – Akar açıqladıbackend

Sabah Suriya üzrə dördtərəfli görüş keçirilicək – Akar açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyə-Rusiya-Suriya və İran arasında dördtərəfli görüşün sabah Moskvada keçirilməsinin planlaşdırıldığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Akar Türkiyə-Suriya münasibətləri ilə bağlı sualı cavablandırarkən məlumat verib.

Dekabrın 28-də Moskvada Türkiyə, Rusiya və Suriyanın müdafiə və kəşfiyyat nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirildiyini xatırladan Akar, qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə bunların davam etdirilməsi ilə bağlı razılığın əldə edildiyini bildirib.

“Daha sonra İranın da bu görüşlərdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb. Mmüvafiq orqanlar tərəfindən təsdiqlənib. Görüşün davamı olaraq bu dəfə dördlük olaraq müdafiə nazirləri və kəşfiyyat rəislərinin iştirak edəcəyi görüşə hazırlaşırıq. Aprelin 25-də bu görüşün Moskvada keçirilməsi planlaşdırılır. Məqsədimiz problemləri danışıqlar yolu ilə həll etmək və ən qısa zamanda bölgədə sülh və əmin-amanlığın hökm sürməsini təmin etməkdir”.

NOCOMMENT.AZ