Sabah üç rayonun qaz təchizatında fasilə yaranacaqbackend

Sabah üç rayonun qaz təchizatında fasilə yaranacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Masallı, Xızı və Siyəzən rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə NOCOMMENT.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, “Masallı 1 və 2” ölçü qovşaqlarından qidalanan qaz təchizatı şəbəkəsində və “Yaşma-Siyəzən” yüksək təzyiqli qaz kəmərində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı 15.02.2024-cü il saat 10:00-dan “Yaşma Qəbul” ölçü qovşağından və saat 14:00-dan “Masallı 1 və 2” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Masallı, Xızı və Siyəzən rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.